Azərbaycan Tibb Universitetində  professor-müəllim heyəti və təhsil alanlar üçün Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilmiş silsilə sessiyalar baş tutub.

Azərbaycan Tibb Universitetində (ATU) “Müxtəlifliyi yaşa, birliyə töhfə ver” şüarı altında təşkil olunan Mədəniyyətlərarası Tələbə Festivalı çərçivəsində professor-müəllim heyəti və təhsil alanlar üçün Dayanıqlı İnkişaf Məqsədlərinə həsr edilmiş silsilə sessiyalar baş tutub.

Tədbirdə sosial, iqtisadi və ekoloji dayanıqlılıq istiqamətləri üzrə müxtəlif qurum və təşkilatların nümayəndələri çıxış ediblər.

Sessiyada Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Bakı Dövlət Universiteti, və digər qurumların nümayəndələri çıxış ediblər.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktor müavini Samirə Nəcəfova “Təmiz Su və Sanitariya” adlı məruzə ilə çıxış edib.