28 May Müstəqillik Günü – xalqımızın milli qürur və birliyinin simvoludur

28 May – Müstəqillik Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edilib, bununla da Azərbaycan xalqı ilk dəfə müstəqil və demokratik respublika qurmaq hüququna sahib olub. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman aləmində ilk parlamentli, hüquqi və dünyəvi dövlət nümunəsi kimi tarixə düşmüş və dövlət atributları – bayraq, gerb və himnimiz təsdiq edilib.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında xalq cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı.

Bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müstəqilliyimizin qorunması və möhkəmləndirilməsini uğurla həyata keçirir.

Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir.

Müstəqilliyimiz əbədi olsun!

 

 

Please select an image first to render the grid properly