Hər il dünyada 31 may tarixi Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd edilir.
2025-ci il Ümumdünya Tütünlə Mübarizə Günü kampaniyasının məqsədi dünya əhalisini maarifləndirmək və tütünsüz daha sağlam gələcəyi təşviq etməkdir.
Bu gün ictimai səhiyyə nöqteyi-nəzərindən əsas problemlərdən biri tütün, nikotin tərkibli və bu kimi məhsulların xüsusilə gənclər üçün cəlbediciliyidir. İstehsalçılar bu məhsulları cəlbedici etmək üçün daim yeni və innovativ üsullar axtarırlar.
Bu taktikalar siqaret çəkməyə və ya nikotin tərkibli məhsulların istifadəsinə erkən başlamağı təşviq edə bilər ki, bu da potensial olaraq ağır sağlamlıq nəticələri ilə ömür boyu asılılığın inkişafına səbəb ola bilər.
Tütün məhsulları, xüsusən siqaret, insan sağlamlığını ciddi şəkildə təhdid edir. Siqaret çəkmək ürək-damar xəstəlikləri, xərçəng, ağciyər xəstəlikləri və digər bir çox ciddi xəstəliklərin başlıca səbəblərindən biridir.
Tütün istehlakının təkcə istifadə edən şəxsləri deyil, həm də ətrafdakılara təsir etməsi, passiv siqaret çəkmənin təhlükələri, bu günün mövzusunu daha da aktuallaşdırır. Passiv siqaret çəkmək- xüsusilə, uşaqlar, hamilə qadınlar və yaşlılar üçün böyük bir təhlükədir.
31 may – Tütünlə Mübarizə Günü, tütün istifadəsinin fəsadları barədə maarifləndirmə işlərinin aparılması, tütünlə mübarizənin daha da gücləndirilməsi və bu istiqamətdə qlobal əməkdaşlığın inkişaf etdirilməsi üçün imkan verir. Bu gün ölkələr arasında təcrübə mübadiləsi, maarifləndirmə kampaniyalarının həyata keçirilməsi və tütün istifadəsinə qarşı olan mübarizənin gücləndirilməsi məqsədilə bir çox tədbirlər keçirilir.
Please select an image first to render the grid properly