Çimərliklərdə yay mövsümünə hazırlıq ilə əlaqədar monitorinqlərə başlanılıb

Respublika ərazisində yerləşən əhalinin kütləvi istirahət yerləri olan çimərliklərin yay mövsümünə hazırlıq vəziyyətinə və çimərlik ərazilərində dəniz suyunun keyfiyyət göstəricilərinə nəzarət məqsədilə Abşeron yarımadası və Respublikanın şimal və cənub rayonlarında monitorinqlər başlanılıb.  

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dəniz suyu nümunələri götürülüb.

Əhalinin sağlamlığı, əhali arasında yoluxucu, o cümlədən kəskin bağırsaq xəstəliklərinin baş verməməsi və yayılması təhlükəsinin qarşısının alınması məqsədilə,  çimərliklərdə sanitariya norma və qaydalarına uyğun olaraq hazırkı vəziyyəti və dəniz suyunun keyfiyyət göstəricilərinin laboratoriya tədqiqatı üsullarının tədqiqi ilə Qaradağ rayonu ərazisindəki Sahil çimərliklərindən, Səbail rayonu ərazisindəki Şıx, Suraxanı rayonu ərazisindəki Hövsan, Xəzər rayonu ərazisindəki Türkan, Şüvəlan, Buzovna, Mərdəkan, Zuğulba çimərliklərindən fiziki-kimyəvi və bakterioloji müayinələrə su nümunələri götürülüb.

 Hal-hazırda tədqiqatlar davam etdirilir.