Məlhəm Hospitalda tibbi tullantıların idarə olunması ilə bağlı maarifləndirici tədbir keçirilib
Ana səhifə › Xəbərlər › Məlhəm Hospitalda tibbi tullantıların idarə olunması ilə bağlı maarifləndirici tədbir keçirilib
Məlhəm Hospitalda tibbi tullantıların idarə olunması ilə bağlı maarifləndirici tədbir keçirilib
12/19/2025 162 Views
Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Məlhəm Hospitalda tibb müəssisələrində tibbi tullantıların düzgün idarə olunması mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul əməkdaşı Eldəniz Zeynalov, Məlhəm Hosplitalın direktoru Sevda Əlizadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional İdarəsinin sektor müdiri Sabirə İmaməlili, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin həkim gigiyenisti Sevda Talıbova və rayonda fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrinin tibbi tullantıların idarə olunmasına məsul işçiləri iştirak ediblər.
Məqsəd tibbi tullantıların idarə olunması sahəsində mövcud qanunvericilik, təhlükəsizlik qaydaları və praktiki yanaşmalar barədə məlumatlandırmanı artırmaq, tibb müəssisələrində bu proseslərin beynəlxalq standartlara uyğun həyata keçirilməsinə dəstək vermək olub.
Çıxışlarda vurğulanıb ki, tibbi tullantıların düzgün çeşidlənməsi, toplanması, daşınması və zərərsizləşdirilməsi yoluxucu infeksion xəstəliklərin yayılmasının qarşısının alınması və ətraf mühitin mühafizəsi baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin qeyd olunub ki, bu istiqamətdə maarifləndirmə işlərinin davamlı xarakter daşıması vacibdir.
Tədbirin sonunda iştirakçılara təhlükəli və təhlükəsiz tibbi tullantıların idarə olunması ilə bağlı metodik tövsiyələr və bukletlər paylanıb, praktik suallar cavablandırılıb