Peyvəndlənmənin əhəmiyyəti ilə bağlı regionlarda maarifləndirmə tədbirləri keçirilib

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri tərəfindən “İmmunlaşdırma Həftəsi” çərçivəsində Naftalan rayonu, Ağdam rayonu (Sarıcalı həkim məntəqəsi), İsmayıllı rayonu (Keyvəndi kənd tibb məntəqəsi), eləcə də Mərkəzi xəstəxana və Ailə Sağlamlıq Mərkəzlərində monitorinqlər keçirilib.

Monitorinqlər zamanı peyvəndlənmənin əhəmiyyəti, yoluxucu xəstəliklərin qarşısının alınmasında immunizasiyanın rolu barədə məlumat verilib, eyni zamanda tibb personalına vaksinlərin düzgün tətbiqi və uşaqların immunlaşdırılması zamanı nəzərə alınmalı təhlükəsizlik prinsipləri ilə bağlı tövsiyələr təqdim olunub.

Bununla yanaşı, tibb müəssisələrində valideynlər arasında peyvəndlərlə qarşısı alına bilən xəstəliklər və onların profilaktikası barədə maarifləndirmə işi aparılıb.