Qarabağ bölgəsində  immunlaşdırma tədbirlərinin keçirilməsi və ictimai sağlamlığın qorunması

Qarabağ bölgəsində “Böyük Qayıdış”dan sonra formalaşan yeni sosial mühit əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin inkişafı üçün geniş və mühüm imkanlar yaratmışdır.Xocalı Rayon Mərkəzi Xəstəxanasının Ballıca kənd həkim məntəqəsində Xankəndi GEM-in nümayəndələri tərəfindən peyvəndləmənin yoluxucu xəstəliklərin qarşısının alınmasında əsas profilaktik vasitə olduğu barədə məlumat verilmiş, immunlaşdırmanın uşaqların sağlam inkişafında mühüm rolu vurğulanmışdır. Valideynlərlə aparılan maarifləndirici görüşlərdə peyvənd təqviminə əməl olunmasının vacibliyi diqqətə çatdırılmışdır.Həmçinin, Laçın rayonunda Laçın GEM-in mütəxəssisləri tərəfindən əhali arasında geniş maarifləndirmə işləri aparılmış, vaksinasiya prosesinin əhatə dairəsinin artırılması və yoluxucu xəstəliklərin profilaktikası ilə bağlı praktiki izahatlar verilmişdir. Profilaktik tədbirlərin əhəmiyyəti, peyvənd təqviminə əməl olunmasının vacibliyi, profilaktik tədbirlərin əhatə dairəsinin genişləndirilməsi  diqqətə çatdırılmışdır.Bu kimi tədbirlər regionda ictimai sağlamlığın qorunmasına xidmət etməklə yanaşı, aparılan maarifləndirici söhbətlər və profilaktik fəaliyyətlər yoluxucu xəstəliklərin qarşısının alınmasına və ümumilikdə əhalinin sağlamlığının gücləndirilməsinə mühüm töhfə verir.