Uşaqlarda peyvəndləmə və yoluxucu xəstəliklərin profilaktikasına dair maarifləndirici seminar keçirilib
Ana səhifə › Xəbərlər › Uşaqlarda peyvəndləmə və yoluxucu xəstəliklərin profilaktikasına dair maarifləndirici seminar keçirilib
Uşaqlarda peyvəndləmə və yoluxucu xəstəliklərin profilaktikasına dair maarifləndirici seminar keçirilib
03/06/2026 237 Views
Xəzər rayon GEM-nin mütəxəssisləri tərəfindən tibb və uşaq müəssisələrində immunoprofilaktika mövzusunda seminar keçirilib. Seminarlarda valideynlər və tibb işçiləri ilə görüş təşkil olunub.
Seminar iştirakçılarına peyvəndlərin əhəmiyyəti, təhlükəsizliyi barədə məlumat verilib.
Uşaqlarda peyvəndləmə yoluxucu xəstəliklərin profilaktikasında ən effektiv ictimai səhiyyə tədbirlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, immunizasiya hər il milyonlarla uşağın həyatını xilas edir və epidemiyaların qarşısını alır.
Peyvəndləmənin məqsədi uşaqlar arasında peyvəndləmə səviyyəsinin qiymətləndirilməsi və mövcud problemlərin müəyyən edilməsidir.
Mövcud vəziyyətə əsasən, yaş qrupları üzrə əhatə faizi əsas göstərici hesab olunur, vaxtında peyvəndləmə yoluxma riskini azaldır və əhatə səviyyəsinin azalması epidemioloji risk yaradır. Bu sahədə əsas problemlər valideynlər arasında tərəddüdün olması, yanlış məlumatların yayılması, tibbi xidmətə vaxtında müraciət edilməməsi ilə bağlıdır.
Peyvəndləmə ictimai sağlamlığın qorunmasında əsas amildir və peyvəndlər əhatənin artırılması xəstəliklərin qarşısının alınması üçün vacibdir.