20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
Ana səhifə › Xəbərlər › 20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir
Yan 19, 2023 455 Views
Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin Yanvar hadisəsindən 33 il ötür. Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirən və müstəqilliyə qovuşmaq üçün şəhid verməyə hazırlığının bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar 19.01.2023-cü il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi Şəhidlər Xiyabanını ziyarət etmiş, vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyaraq onların əziz xatirələrini ehtiramla yad etmişlər.
Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. 1990-cı ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş etdirdi ki, heç bir qüvvə bizim milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilməz.
Vətənpərvərliyin ən ali zirvəsi – şəhidlikdir. Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil, xarakterin, tərbiyənin, mənəvi dəyərlərin gücü ilə diktə olunan keyfiyyətdir. Onlar heç bir zaman unudulmayacaq, yaddaşlarda əbədi qalacaqdır!