Layihələr və əlaqələr

2021-ci ilin noyabr ayının sonunda Respublika Gigiyena və Epidemiologiya Mərkəzində üç gün ərzində Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (AİK) Ekoloji Fəaliyyətin Üçüncü İcmalının hazırlanması üçün Azərbaycan  Respublikasına ezam olunmuş bir qrup mütəxəssislə görüşlər keçirilmiş və məsləhətləşmələr aparılmışdır.

Görüşdə müxtəlif profildə ekoloji mövzular, xüsusilə də əlverişsiz ekoloji amillərin ətraf mühitə və insan sağlamlığına təsiri ilə bağlı müzakirələr aparılıb.

Onlar normativ-hüquqi baza, havanın çirklənməsi, tullantı sularının axıdılması, tullantıların utilizasiyası, rekreasiya məsələləri; əhalinin keyfiyyətli və təhlükəsiz su ilə təmin edilməsi; torpağın deqradasiyası; sanitar-epidemioloji vəziyyət; sənaye; çirklənmənin Xəzər dənizinin ekosisteminə təsiri; ekoloji mühitin və əhalinin sağlamlığının monitorinqi, habelə ictimaiyyəti məlumatlandırmaq üçün kommunikasiya fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

Ümümdünya Səhiyyə Təşkilatının nümayəndələrinə 2021-ci ilin noyabr 30 da Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Azərbaycanda  yoluxucu xəstəliklər barədə məlumat və onların YXEMS programına daxil olması,  COVID-19  milli məlumat bazasına koronavirus infeksiyasına yoluxmuş xəstələrin daxil edilməsi, programdan istifadə qaydası və məlumatları sistemə necə daxil edilməsi  barədə məlumat verildi.

“Su və Sağlamlıq Protokolu”nun yeni hüquqi status almış “Məqsədli Göstəricilər”də nəzərdə tutulmuş kompleks tədbirlər rəsmi iki dildə (azərbaycan, ingilis) çap edilmiş və maraqlı tərəf kimi 26 nazirlik və təşkilatlara, o cümlədən Qeyri-Hökümət Təşkilatlarına və Beynəlxalq Təşkilatlara göndərilmişdir. 

2021 ilinin mart ayında yaradılmış işçi qrup Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa ofisinin nümayəndələri ilə birgə “İçməli su”ya dair gigiyenik tələblərin və normativ aktların yenilənməsi ilə bağlı işlərə başlanmışdır. Nəzərdə tutulmuş bu məqsədlərin həyata keçirilməsi üçün ölkəmiz üzrə içməli su təchizatı və bununla bağlı risklərə əsaslanan təhlil hazırlanmışdır. 

UNECE-nin “Sərhəddən keçən su axınlarının beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyasının Su və Sağlamlıq haqqında Protokola əsasən,  çoxsaylı virtual iclaslarında  iştirak edilmişdir və ölkəmizdə aparılan müvafiq iclaslarda məlumat verilmişdir.

“Su Konvensiyası”ndan irəli gələn məsələ ilə əlaqədar ölkəmizdə aparılan inteqrasiya olunmuş su resurslarının idarə edilməsi üzrə milli siyasət dialoqunun idarə etmə komitetinin keçirilmiş 9-cu iclasında iştirak edildi və Səhiyyə Nazirliyinə milli prioritetlər, “Avropa İttifiqanın Su Təşəbbüsü Plus” layihəsi çərçivəsində məlumat verildi.