RGEM əməkdaşları “STRIDES” layihəsi çərçivəsində keçirilən görüşdə iştirak ediblər
Ana səhifə › Xəbərlər › RGEM əməkdaşları “STRIDES” layihəsi çərçivəsində keçirilən görüşdə iştirak ediblər
RGEM əməkdaşları “STRIDES” layihəsi çərçivəsində keçirilən görüşdə iştirak ediblər
25/11/2026
“Yoluxucu Xəstəliklərin Aşkarlanması Sistemlərinin Gücləndirilməsi” (STRIDES) layihəsi çərçivəsində Azərbaycanın dövlət səhiyyə qurumları ilə texniki yanaşmaların uzlaşdırılması və layihənin icra prosesinin planlaşdırılması məqsədilə birgə görüş keçirilib. Tədbirdə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) Baş direktorunun Epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova, Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova və Epidemiologiya şöbəsinin hava-damcı infeksiyaları bölməsinin müdiri Röya Quliyeva iştirak ediblər. Görüşün əsas məqsədi aidiyyəti dövlət qurumları arasında milli prioritetlər üzrə ümumi yanaşmanın formalaşdırılması, texniki metodların razılaşdırılması və növbəti dövr üçün nəzərdə tutulan fəaliyyətlərə dair ortaq anlayışın yaradılması olub. Müzakirələr zamanı qiymətləndirmə prosesində iştirak edəcək müəssisələrin müəyyənləşdirilməsi, mövcud resursların təhlili, qurumlararası əlaqələndirmə mexanizmləri və layihənin birinci ili üzrə iş planının icra mərhələləri nəzərdən keçirilib. Layihə nümayəndələri 19 noyabr 2026-cı il tarixində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindədə olublar. Səfər zamanı nümayəndələr Mərkəzin laboratoriya və epidemiologiya şöbələrinin fəaliyyəti, iş prinsipləri ilə tanış olub, müvafiq sahələr üzrə məlumat mübadiləsi aparıblar. Görüş və sonrakı işgüzar müzakirələr yoluxucu xəstəliklərin aşkarlanması və epidemioloji nəzarət sistemlərinin gücləndirilməsi istiqamətində əməkdaşlığın inkişafına xidmət edir.