2025-ci il aprel ayının son həftəsi Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirililəcək
Ana səhifə › Xəbərlər › 2025-ci il aprel ayının son həftəsi Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirililəcək
2025-ci il aprel ayının son həftəsi Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirililəcək
Apr 10, 2025 53 Views
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən Avropa regionu ölkələrində keçirilən “İmmunlaşdırma həftəsi” tədbirləri 2007-ci ildən etibarən ölkəmizdə də yüksək səviyyədə təşkil olunur.
İmmunlaşdırma Həftəsi Avropa regionunun bütün ölkələrini immunlaşdırma həftəsinin keçirilmə təşəbbüsünə qoşulmağa, gələcək nəslin sağlamlığını təmin etmək üçün immunlaşdırmanın vacibliyi və immunlaşdırma xidmətinin əlçatan olması barədə əhalinin məlumatlandırılmasını yüksəltməyə kömək edir.
Hər il olduğu kimi 2025-ci il aprel ayının son həftəsi respublika ərazisində “İmmunlaşdırma həftəsi” keçiriləcək. “İmmunlaşdırma həftəsi” ərəfəsində respublikanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu sahədə maarifləndirilməsi kimi məsələlərin təşkili nəzərdə tutulur.
Hazırda “İmmunlaşdırma həftəsi”nə hazırlıq işlərinə start verilib. Respublikanın tibb idarə və müəssisələrinə immunlaşdırmaya dair buklet və təlimatlar paylaşılıb, şəhər və rayonlarda 18 aprel 2025-ci il tarixdən etibarən tibb işçiləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
Please select an image first to render the grid properly