Ana səhifə › Xəbərlər › 25 Aprel Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
25 Aprel Ümumdünya Malyariya ilə Mübarizə Günüdür
Apr 24, 2024 317 Views
2007-ci ildə Ümumdünya Səhiyyə Assambleyasında ÜST-ə üzv dövlətlər tərəfindən 25 Aprel – Ümumdünya Malyariya ilə Mübarizə Günü təsis edilib.
25 Aprel-Ümumdünya Malyariya ilə Mübarizə Günü malyariyanın qarşısının alınması və nəzarəti üçün resursların və siyasi dəstəyin daha da səfərbər edilməsinin zəruriliyini bir daha təsdiqləmək üçün fürsətdir.
2015-ci ildən başlayaraq ÜST tərəfindən 12 ölkə malyariyadan xilas edillib.
2023-cü ildə Azərbaycan malyariyadan azad ölkə kimi sertifikat alıb.
Malyariyanın eliminasiyası məqsədyönlü tədbirlər vasitəsilə müəyyən bir coğrafi ərazidə malyariya parazitinin spesifik növünün yerli ötürülməsinin dayandırılması kimi müəyyən edilir. Yenidən ötürülmənin qarşısının alınması davamlı səylər tələb edir.
Azərbaycanda infeksiyanın ötürülməsinin qarşısını almaq üçün tam funksional nəzarət və cavab sistemi mövcuddur.
Please select an image first to render the grid properly