Hər il 28 iyul tarixində dünyada Ümumdünya Hepatitlə Mübarizə Günü qeyd olunur. Bu günün məqsədi – ictimaiyyəti hepatit xəstəliyi, onun yaratdığı təhlükələr və qorunma yolları barədə maarifləndirməkdir. Bu tarix, hepatit B virusunu kəşf edən Nobel mükafatı laureatı, alim Baruh Blumberqin doğum günü ilə əlaqələndirilib.
Hepatit — qaraciyərin iltihabi xəstəliyidir və əsasən A, B, C, D və E növləri ilə tanınır. Bu virusların bəziləri qida və su vasitəsilə (A və E), digərləri isə qan, cinsi əlaqə və ya ana südü ilə (xüsusən B və C) ötürülür. Hepatit B və C xroniki forma alaraq qaraciyər sirrozu kimi ağır fəsadlara səbəb ola bilər.
Azərbaycanda hepatit viruslarına qarşı yeni doğulan körpələrə hepatit B peyvəndinin vurulması, əhalinin məlumatlandırılması və profilaktik maarifləndirmə kampaniyaları kimi mübarizə tədbirləri həyata keçirilir.
28 iyul — hepatitlə mübarizədə yalnız bir həmrəylik günü deyil, həm də fərdi və ictimai məsuliyyəti xatırladan önəmli bir tarixdir.Bu mübarizədə erkən diaqnostika, profilaktika və maarifləndirmə əsas rol oynayır.
Unutmayaq ki, hepatit — qarşısı alına bilən və müalicəsi mümkün olan bir xəstəlikdir.
Please select an image first to render the grid properly