Astana Tibb Universitetinin tələbələri Respublika GEM-nin fəaliyyəti ilə tanış olublar
Ana səhifə › Xəbərlər › Astana Tibb Universitetinin tələbələri Respublika GEM-nin fəaliyyəti ilə tanış olublar
Astana Tibb Universitetinin tələbələri Respublika GEM-nin fəaliyyəti ilə tanış olublar
Apr 11, 2025 81 Views
Astana Tibb Universitetinin “İctimai Səhiyyə” fakültəsinin tələbələri Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-də təcrübə keçiblər.
Tələbələr mütəxəssislər tərəfindən Respublika GEM-nin strukturu, şöbə, bölmə və laboratoriyalarının iş fəaliyyəti ilə tanış olublar.
Onlar respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası, immunlaşdırma istiqamətində görülən işlər, sanitariya-gigiyenik tədbirlərin, laborator müayinələrin keçirilməsi barədə geniş məlumatlar əldə ediblər.
10 aprel tarixində tələbələr Malyariyanın diaqnostikası üzrə Referans laboratoriyasında malyariyanın mikroskopik müayinəsində parazitin formaları və 4 növün fərqlənmə cəhətləri ilə qanda və nəcisdə helmintlərin yumurtalarının müayinəsi ilə tanış olub, laborator diaqnostikasını öyrənmək məqsədilə təcrübələrdə yaxından iştirak ediblər.