Astana Tibb Universitetinin tələbələrinin Səhiyyə Nazirliyi Respublika GEM-i ilə tanışlığı davam edir
Ana səhifə › Xəbərlər › Astana Tibb Universitetinin tələbələrinin Səhiyyə Nazirliyi Respublika GEM-i ilə tanışlığı davam edir
Astana Tibb Universitetinin tələbələrinin Səhiyyə Nazirliyi Respublika GEM-i ilə tanışlığı davam edir
Apr 15, 2025 76 Views
11 aprel tarixində Astana Tibb Universitetinin tələbələri Səhiyyə Nazirliyi Respublika GEM-nin Parazitologiya, Təşkilat və sosial gigiyena monitorinqi şöbələrinin iş fəaliyyəti ilə tanış olublar. Sözügedən təcrübə proqramı tələbələrin elmi biliklərini artırmaq, praktik bacarıqlarını gücləndirmək məqsədi daşıyır.
Təşkilat və sosial gigiyena monitorinqi şöbəsində tələbələrə ictimai sağlamlıq, əhali arasında infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası və sosial-gigiyenik göstəricilərin təhlili sahəsində nəzəri və praktik biliklər verilib. Tələbələr müvafiq normativ sənədlər, əhalini maarifləndirmək məqsədilə şöbə tərəfindən hazırlanmış təbliğat materialları (kitabça, buklet, plakat), RGEM-nin veb-saytı ilə tanış olub, bundan əlavə iqlim dəyişməsi və ekoloji amillərin çirklənməsi nəticəsində yaranan mənfi təsirlərin əhalinin sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə tədbirlərinin plaşdırılması və 2024-cü ilin noyabr ayında Azərbaycanda keçirilən COP-29 tədbiri barədə məlumat verilib. Tələbə və mütəxəssislər arasında qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılıb.
Parazitologiya şöbəsində tələbələr parazitar xəstəliklərin diaqnostika və profilaktikası ilə tanış olublar. Mərkəzin peşəkar mütəxəssisləri tərəfindən keçirilən praktik məşğələlər çərçivəsində tələbələrə parazitlərin morfoloji xüsusiyyətləri, onların həyat dövrləri və insan orqanizmində törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib. Eyni zamanda, müasir laborator cihazlar və analiz üsulları əsasında praktik bacarıqlar formalaşdırılıb.