ATU tələbələri Respublika GEM-nin laboratoriyaları ilə tanış olublar
Ana səhifə › Xəbərlər › ATU tələbələri Respublika GEM-nin laboratoriyaları ilə tanış olublar
ATU tələbələri Respublika GEM-nin laboratoriyaları ilə tanış olublar
Okt 31, 2025 18 Views
27.10.2025 – 30.10.2025-ci il tarixlərində Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin V kurs tələbələri “Laboratoriya işinin əsasları” fənnindən “Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarının quruluşu və işi ilə tanışlıq” mövzusunun tədrisi ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Laboratoriya Sınaq mərkəzinin: Virusologiya, QİÇS, Bakteriologiya laboratoriyaları, Malyariyanın diaqnostikası üzrə Referans laboratoriyası, Sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və radioloji müayinələr üzrə laboratoriyanın iş prinsipi, eləcə də müasir cihaz və avadanlıqlarla tanış olaraq bu sahə üzrə geniş biliklər əldə ediblər.
Bundan başqa, laboratoriya mütəxəssisləri tələbələri apardıqları laborator tədqiqat müayinələri ilə tanış ediblər.
Təşkilat və Sosial gigiyena monitorinqi şöbəsində tələbələr RGEM-in rəsmi veb-saytı (www.rgem.az) ilə tanış olub, saytda yerləşdirilən məlumatlar onların marağını cəlb edib.