İçməli su standartının hazırlanması üzrə görüş

Bakı,  Azərbaycan

25-26 May 2022

Azərbaycan hökümətinin müraciəti əsasında ÜST-nin Ətraf Mühit və Sağlamlıq üzrə Avropa Mərkəzi ÜST-nin Azərbaycandakı Ölkə Ofisi ilə birgə qurumlararası işçi qrupuna standart layihəsinin hazırlanması prosesində virtual konsultasiyalar və distant tövsiyyələr vasitəsilə dəstək verirdi.

Görüşün nəticələrinə əsasən qurumlararası işçi qrupu səlahiyyətli dövlət orqanlarına təqdim etmək və onların təsdiqini almaq üçün standartın yekun layihəsini hazırlaya bilər.

Görüş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında Respublika Gigiyena və Epidemiologiya Mərkəzində ÜST-nin Azərbaycandakı Ölkə Ofisinin təşkilatçılığı və ÜST-nin Ətraf Mühit və Sağlamlıq üzrə Avropa Mərkəzinin texniki dəstəyi ilə keçirilir.