Azərbaycanda Birgə Xarici Qiymətləndirmə missiyası keçirilib

1-5 may tarixlərində Səhiyyə Nazirliyinin təklifi ilə ÜST tərəfindən ölkədə BXQ (Birgə Xarici Qiymətləndirmə) keçirilib.

BXQ ölkənin ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin müəyyən edilməsi, qiymətləndirilməsi, qarşısının alınması üçün lazım olan bir sistemdir.

BXQ-nin məqsədi ölkədə fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin müəyyən edilməsi və hədəflərin əlçatanlığını ölçməkdir.

BXQ zamanı ölkəmiz müxtəlif ölkələrdən gələn mütəxəssislər tərəfindən multi-sektoral şəkildə 19 texniki sahə üzrə qiymətləndirilib. Sonda Xarici qiymətləndirmə komandası hər bir texniki sahə üzrə qiymətləndirmə hesabatını və Azərbaycan üçün prioritet tədbirləri təqdim edib.