Azərbaycanda içməli suyun yeni dövlət standartı işlənib hazırlanıb

Səhiyyə nаziri Teymur Musayevin 23.12.2021-сi il tarixli, 109 nömrəli əmri ilə “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” Milli Dövlət Stаndаrtının hazırlanması məqsədi ilə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

 27 mart 2023-cü il tarixində “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-də “Qida məhsullarının keyfiyyətinin və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 33) iclası keçirilib.

İclasda Milli işçi qrup tərəfindən işlənib hazırlanan “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” standartının layihəsi müzakirə olunmuşdur. “Qida məhsullarının keyfiyyətinin və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitənin sədri “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Aqrar və qida sənayesinin standartlaşdırılması şöbəsinin müdiri, işçi qrupun üzvü Bayram Əliyevin rəhbərliyi ilə aparılan iclasda  AZSTAND/TK üzvləri: AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlar şöbəsinin müdiri Vəli Qarayev, “Azərsun Holdinq” MMC-nin Standartlaşdırma və sertifikatlaşdırma şöbəsinin müdiri Tofiq Miqavanov, “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Yüngül sənaye sahəsinin standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva, Azərbaycan Qida Təhlükəsizliyinin tənzimlənməsi sektorunun müdiri  İradə Hüseynli  iştirak ediblər.

Müşahidəçilər – RGEM-nin həkim mütəxəssisi, Milli işçi qrupunun rəhbəri Leyla Tagızadə və həkim-gigiyenistlər Sevda Talıbova, Fəxrin Məmmədov, həmçinin “Azərsu” ASC-nin nümayəndəsi, Milli işçi qrupun üzvü Cəmil Babayev layihənin müzakirəsində verilmiş təkliflər üzrə öz münasibətlərini bildirmiş və iclas iştirakçılarına təşəkkür ediblər.

Sənəd işçi qrupu tərəfindən rəy və təkliflər nəzərə alınaraq yenilənmiş və layihə sənədinin qanunvericilikdə nəzərə tutulmuş qaydada təsdiq olunması üçün Səhiyyə Nazirliyinə təqdim edilib.