Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması

Oktyabrın 3-də Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirmə missiyasının nümayəndə   heyyəti ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzində görüş keçirilib.

Görüşün məqsədi qiymətləndirmə dövründə Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üçün Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bu istiqamətdə fəaliyyəti və bu sahədə sanitariya-epidemioloji xidmətin imkanlarının müasir tələblərə uyğunluğunun qiymətləndirilməsi üçün müzakirələrin aparılmasından ibarət olub.

Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları oktyabrın 3-də missiya çərçivəsində Respublika GEM-nin Baş direktoru S.Həsənova və digər əməkdaşlarla işçi görüşlər keçirmiş, malyariyanın kəsilməsinə dair sənədlərlə və malyariyanın diaqnostikası üzrə Milli Referens Laboratoriyanın işi ilə tanış olublar.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirmə  missiyasının işi oktyabrın ayının 14-dək davam edəcək.