Azərbaycanda peyvəndləmənin əhatə səviyyəsini artırmaq məqsədi ilə seminar keçirilib

Mayın 31-də keçirilən seminarda ÜST-nin Ölkə Ofisi və ÜST-nin Avropa üzrə Regional Ofisi, Səhiyyə Nazirliyi, Respublika GEM, Təbib və İTSDA-nın texniki və kommunikasiya komandası, UNİCEF, Vətəndaş Cəmiyyəti QHT-lərinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisi Bret Greq tərəfindən Tədqiqatın nəticələri və immunlaşdırma proqramının gücləndirilməsi ilə bağlı tövsiyələr təqdim edilib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktor müavini A.Əliyeva Azərbaycanda rutin  immunlaşdırma üzrə strategiyaya  və mövcud vəziyyətə ümumi baxış, Respublika üzrə  peyvəndləmə işlərinin  vəziyyəti (2008-2022-ci illər) barədə  məruzə edib.

Eyni zamanda, seminarda kommunikasiya fəaliyyətlərinin gücləndirilməsi, tibb işçiləri və cəmiyyətin sosial fəallığının artırılması, Azərbaycanda rutin immunlaşdırma üzrə strategiyaya baxış, tədqiqat keçirilən rayonlarda immunlaşdırma kampaniyasının keçirilməsi məsələləri müzakirə edilib.