Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi layihəsi çərçivəsində görüşlər keçirilib

Azərbaycanda Səhiyyə sisteminin gücləndirilməsi layihəsi çərçivəsində Gəncə şəhəri, Masallı və Astara rayon Gigiyena və Epidemiologiya Mərkəzlərində Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 3-5 iyul 2023-cü il tarixlərində keçirilən görüşlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Afaq Əliyeva ( Baş direktor müavini) və layihə çərçivəsində yaradılan İctimai Səhiyyə potensial həkim qrupu üzvü həkim-epidemioloq Röya Quliyeva iştirak ediblər.

Səfər əsnasında Qida Təhlükəısizliyi Agentliyinin Gəncə Regional Bölməsi və Masallı Dezinfeksiya Stansiyasına ziyarətlər təşkil olunub. Görüşlər zamanı Azərbaycanda səhiyyə sisteminin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində görülən işlər barədə məlumat verilib, digər qurumlarlarla əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşlərdə ÜST-nın baş ofisinin İctimai Səhiyyə mütəxəssisi Emiliya Aragon De Leon və ÜST-nın Azərbaycan Nümayəndəliyinin mütəxəssisləri iştirak ediblər.