Azərbaycan Tibb Universitetinin tələbələri Səhiyyə Nazirliyi Respublika GEM-də təcrübə keçiblər

Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin IV kurs tələbələri Qidalanma və tibbi ekologiya kafedrasının tədris proqramına müvafiq olaraq “Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Radiasiya gigiyenası şöbəsinin iş xüsusiyyətləri” mövzusunun tədrisi ilə əlaqədar Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində təcrübə keçiblər.

24.04.2025-ci il tarixdən 06.05.2025-ci il tarixədək olan təcrübə proqramında tələbələr Mərkəzdə Radiasiya gigiyenası bölməsinin, Laboratoriya sınaq mərkəzinin “Sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və radioloji müayinələr üzrə  laboratoriyası”nın iş prinsipi ilə  tanış olublar. Bundan əlavə, laboratoriyada mövcud olan cihaz və avadanlıqların tətbiqi barədə geniş məlumat  alıblar.