Azərbaycanda peyvəndləmənin əhatə səviyyəsini artırmaq məqsədi ilə seminar keçirilib
Ana səhifə › Xəbərlər › Azərbaycanda peyvəndləmənin əhatə səviyyəsini artırmaq məqsədi ilə seminar keçirilib
Azərbaycanda peyvəndləmənin əhatə səviyyəsini artırmaq məqsədi ilə seminar keçirilib
İyn 1, 2023 414 Views
Mayın 31-də keçirilən seminarda ÜST-nin Ölkə Ofisi və ÜST-nin Avropa üzrə Regional Ofisi, Səhiyyə Nazirliyi, Respublika GEM, Təbib və İTSDA-nın texniki və kommunikasiya komandası, UNİCEF, Vətəndaş Cəmiyyəti QHT-lərinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ÜST-nin Avropa üzrə Regional Ofisinin mütəxəssisi Bret Greq tərəfindən Tədqiqatın nəticələri və immunlaşdırma proqramının gücləndirilməsi ilə bağlı tövsiyələr təqdim edilib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktor müavini A.Əliyeva Azərbaycanda rutin immunlaşdırma üzrə strategiyaya və mövcud vəziyyətə ümumi baxış, Respublika üzrə peyvəndləmə işlərinin vəziyyəti (2008-2022-ci illər) barədə məruzə edib.
Eyni zamanda, seminarda kommunikasiya fəaliyyətlərinin gücləndirilməsi, tibb işçiləri və cəmiyyətin sosial fəallığının artırılması, Azərbaycanda rutin immunlaşdırma üzrə strategiyaya baxış, tədqiqat keçirilən rayonlarda immunlaşdırma kampaniyasının keçirilməsi məsələləri müzakirə edilib.