Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiya statusu yenidən təsdiqlənib
Ana səhifə › Xəbərlər › Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiya statusu yenidən təsdiqlənib
Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin eliminasiya statusu yenidən təsdiqlənib
İyn 23, 2023 410 Views
Qızılca və məxmərək xəstəliklərinin eliminasiyasının verifikasiyası üzrə Avropa Regional Komissiyasının 11- ci iclasının nəticələri: Avropa Regional Komissiyası qızılca və məxmərəyin eliminasiyası üzrə ÜST Avropa Regionunun 53 üzv ölkəsindən alınan hesabatları və müvafiq sənədləri nəzərdən keçirmək üçün hər il toplanır.
Əldə edilmiş nəticələrə əsasən, Avropa Regional Komissiyası ölkə səviyyəsində eliminasiya statusunu, eləcə də Regional səviyyədə qızılca və məxmərək xəstəliklərinin eliminasiyası istiqamətində kollektiv tərəqqini təsdiq edir. Milli Verifikasiya Komitəsinin (NVC) 2021-ci il üçün təqdim etdiyi məlumata əsasən, Avropa Regional Komissiyası belə qənaətə gəlmişdir ki, Azərbaycanda qızılca və məxmərək xəstəliklərinin ötürülməsi 36 aydan çoxdur ki, kəsilmişdir və bu səbəbdən eliminasiya davam edir.
Azərbaycan 2015-ci ildə ölkə səviyyəsində eliminasiya statusu haqqında Sertifikat alıb.
Please select an image first to render the grid properly