Azərbaycanın səhiyyə naziri COP29 çərçivəsində keçirilən səhiyyə tədbirində çıxış edib
Ana səhifə › Xəbərlər › Azərbaycanın səhiyyə naziri COP29 çərçivəsində keçirilən səhiyyə tədbirində çıxış edib
Azərbaycanın səhiyyə naziri COP29 çərçivəsində keçirilən səhiyyə tədbirində çıxış edib
Noy 14, 2024 31 Views
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda “Səhiyyə və iqlim dəyişikliyi ilə bağlı yüksək səviyyəli paralel tədbir” adlı panel sessiya keçirilib.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus, Birləşmiş Millətlər Təşkilatının 79-cu sessiyasının sədri Filemon Yanq, Azərbaycanın səhiyyə naziri Teymur Musayev və digər rəsmi şəxslər iştirak ediblər. Öz çıxışlarında Tedros Adhanom Qebreyesus və Filemon Yanq qlobal tədbirin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıblar. İlk dəfə olaraq “Vahid Sağlamlıq” yüksək səviyyəli COP29-un dəyirmi masasının diqqət mərkəzində olacağı vurğulanıb. Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev qeyd edib ki, xəstəliklərin baş verməsini proqnozlaşdırmaq üçün erkən xəbərdarlıq sistemlərinin inkişafı və davamlı səhiyyə sistemlərinin qurulması iqlim dəyişikliyinin təsirlərini minimuma endirməsi mühüm əhəmiyyət kəsb edir
Nazirin sözlərinə görə, sağlamlığın təşviqi milli səviyyədə sağlamlıqla bağlı Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və daha güclü səhiyyə sistemlərinin qurulması üçün olduqca vacibdir: “Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir”, – deyə Azərbaycanın səhiyyə naziri vurğulayıb.