Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirmə missiyasının nümayəndə heyətinin Lənkəran səfəri
Ana səhifə › Təlimlər › Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirmə missiyasının nümayəndə heyətinin Lənkəran səfəri
Azərbaycanda malyariya ilə yerli yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirmə missiyasının nümayəndə heyətinin Lənkəran səfəri
Okt 7, 2022 629 Views
Oktyabrın 6-da Azərbaycan Respublikasında malyariya ilə yoluxmanın kəsilməsinin sertifikatlaşdırılması üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Müstəgil Qiymətləndirmə Missiyası Lənkəran rayonuna səfər edib.
Missiya üzvlərini Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin, “Tibbi Ərazi Bömələrini İdarəetmə Birliyi” PHŞ-nin, ÜST-nin Baş Qərargahı və Azərbaycan Respublikasındakı ofisinin nümayəndələri müşayiət edib.
Nümayəndə heyəti Lənkəran Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi ilə görüş keçirmiş, rayon əhalisinə göstərilən tibbi xidmətin vəziyyəti ilə tanış olmuş, yoluxucu xəstəliklərə qarşı, o cümlədən malyariya xəstəliyinin bərpa olunmasının qarşısının alınmasına yönəldilmiş tibbi-profilaktik tədbirlərin vəziyyətini qiymətləndirmək üçün məlumatlar əldə etmişlər. Nümayəndə heyəti Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin və laboratoriyasının fəaliyyəti ilə yerində tanış olublar.
Nümayəndə heyəti Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Gərmətük həkim məntəqəsində də olmuş, 2011-ci ildə malyariya xəstəliyinin yerli yoluxması qeydə alınmış Gərmətük qəsəbəsinin əhalisinə göstərilən ilkin tibbi-sanitariya yardımının keyfiyyəti ilə yanaşı, əhali arasında malyariya xəstəliyinin bərpa olunmasının qarşısının alınmasına yönəldilmiş tibbi-profilaktik tədbirlərin vəziyyəti barədə məlumatlar əldə ediblər.
Daha sonra Qiymətləndirmə Missiyasının nümayəndə heyəti Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzində olmuş, Mərkəzin yoluxucu xəstəliklərin profilaktikası istiqamətində gördüyü işlərin, xüsusən malyariya xəstəliyi ilə yoluxmanın baş verməməsi üçün həyata keçirdiyi nəzarətin vəziyyəti, malyariyanin diaqnostikası üzrə laboratoriyanın fəaliyyəti, malyariya parazitlərinin keçiriciləri ola bilən ağcaqanadlara qarşı aparılan mübarizə tədbirləri, əhali arasında aparılan maarifləndirmə işləri və malyariyanın profilaktikası istiqamətində rayonun müalicə-profilaktika idarələri və digər idarə və müəssisələrlə qarşılıqlı fəaliyyətləri barədə geniş məlumatlar əldə ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının müstəqil qiymətləndirmə missiyası respublikanın regionlarında öz işini davam etdirəcək.