Bərdə rayonunda immunizasiya işi üzrə təlim keçirilib

Səhiyyə Nazirliyi, TƏBİB və ÜST-nin Ölkə Ofisinin birgə təşəbbüsü ilə Bərdə rayonunda immunizasiya işi üzrə təlim keçirilib. Təlimdə 26 regiondan gigiyena və epidemiologiya mərkəzlərinin nümayəndələri və ilkin səhiyyə xidməti rəhbərləri iştirak edib.

Bu təlim ölkə üzrə həyata keçiriləcək 4 sessiyadan ilkidir. Təşəbbüsün məqsədi immunizasiya xidmətlərinin keyfiyyətini artırmağı və “Uşaqların İmmunizasiyası” üzrə yenilənmiş təlimatın gündəlik praktikalara inteqrasiyasını dəstəkləməkdir. Təlim zamanı peyvəndin əhəmiyyəti, soyuq zəncirin idarəolunması, vaksinasiyanın planlaması və hesabatı mövzuları müzakirə olunub.

Əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən immunoprofilaktika Azərbaycanda səhiyyə sisteminin əsas prioritet istiqamətlərindən biridir. Hal-hazırda ölkəmizdə aprel ayında keçiriləcək “İmmunlaşdırma həftəsi”nə hazırlıq işləri başlanılıb. Əhalinin sağlamlığının qorunmasında vaksinasiya tədbirləri dövlət tərəfindən vacib hesab edilir və daim diqqət mərkəzindədir.

Ümümdünya Səhiyyə Təşkilatının nümayəndələrinə 2021-ci ilin noyabr 30 da Respublika Gigiyena və Epidemiologiya Mərkəzində Azərbaycanda  yoluxucu xəstəliklər barədə məlumat və onların YXEMS programına daxil olması,  COVID-19  milli məlumat bazasına koronavirus infeksiyasına yoluxmuş xəstələrin daxil edilməsi, programdan istifadə qaydası və məlumatları sistemə necə daxil edilməsi  barədə məlumat verildi.