Bərdədə uğurla başlayan immunizasiya təlimlərinin növbəti mərhələsi Bakıda davam edir

17 iyun tarixində Səhiyyə Nazirliyi, TƏBİB və ÜST-nin Ölkə Ofisinin birgə təşəbbüsü ilə Bakıda İlkin Səhiyyə Xidməti Rəhbərləri, Gigiyena və Epidemiologiya Mərkəzlərinin nümayəndələri üçün immunizasiya mövzusunda təlimlər keçirilir.

4 iyuladək davam edəcək təlimlərdə iştirakçilar peyvəndin əhəmiyyəti, immunizasiya üzrə yeni təlimat, peyvəndlə bağlı yayılmış miflər, soyuq zəncirin idarə olunması ve hesabatlılıq kimi mövzularda praktiki biliklər əldə edəcək.

Təlimlərin məqsədi Uşaqların İmmunizasiyası üzrə yenilənmiş təlimatı gündəlik praktikaya tam inteqrasiya etmək və immunizasiya xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaq, həmçinin peyvənd olunan uşaqların sayının artmasına və bütün ölkə səviyyəsində əhalinin sağlamlığının möhkəmləndirilməsinə nail olmaqdır.