“Bakı Şəhər Dezinfeksiya Mərkəzi” PHŞ Sizə ən sərfəli qiymətlərlə, yüksək  keyfiyyət və zəmanətlə xidmətlər təklif edir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Dezinfeksiya Mərkəzi” PHŞ tərkibində olan bölmələri ilə birgə vətəndaşlara deratizasiya dezinseksiya və dezinfeksiya xidmətləri təklif edir.

Deratizasiya tədbirləri – gəmiricilərə qarşı aparılır.

Dezinseksiya tədbirləri – həşəratlara qarşı aparılır.

Dezinfeksiya tədbirləri – yoluxucu xəstəliklərin törədicilərinə qarşı aparılır.

Bundan başqa əhaliyə sanitar buraxılış və kamera üsulu ilə (geyim və digər yumşaq inventarların) dezinfeksiya xidmətləri təklif edilir.

“Bakı Şəhər Dezinfeksiya Mərkəzi” PHŞ kamera üsulu ilə dezinfeksiya tədbirlərinin aparılmasında xüsusi aparat və avadanlıqlardan istifadə edir, ona görə də geyim və digər yumşaq inventarların ən etibarlı dezinfeksiya üsuludur.

İsti hava, buxar və kimyəvi dezinfektantların təsiri altında vegetativ və spor formalı mikroorqanizmlər, həmçinin həşəratlar məhv olur.

İstifadə olunan dərman preparatları Turkiyə, İsrail, Niderland, İtaliya istehsalıdır.

Dezinfeksiya xidmətləri sertifikasiyadan keçmiş həkimlərin nəzarəti ilə təlim keçmiş dezinfektorlar tərəfindən aparılır.

“Bakı Şəhər Dezinfeksiya Mərkəzi” PHŞ 100 ildən çox fəaliyyəti müddətində öz işini yüksək standartlara uyğun və danılmaz etibarlığı ilə tanıtmışdır.