Bakı şəhərində ÜST tərəfindən sektorlararası tədbir keçirilib

Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə ölkədə ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyət yarada biləcək hadisələrin qiymətləndirilməsi, erkən xəbərdarlıq və cavab tədbirlərinin həyata keçirilməsi üzrə ölkənin potensialının yüksəldilməsinə dair tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, İcrbari Tibbi Sığorta Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.

 Seminarda ÜST-nın səhiyyə təhlükəsizliyinə hazırlığın planlașdırılmasına yanașması təqdim edilib. Bu yanașma yerli səriștə və bacarıqların gücləndirilməsinə yönəldilib. Həmçinin 4 gün davam edən tədbir zamanı xarici ekspertlər Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzində olub, burda mövcud epidemioloji vəziyyət, infeksiyaların qarșısının alınması üzrə tədbirlər və Yoluxucu Xəstəliklərin Elektron Müșahidə Sistemi ilə tanıș olmuș və proqramın təkmilləșdirilməsi ilə bağlı tövsiyələr veriblər.