Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Uşaq və yeniytəmələrin gigyenası bölməsi tərəfindən 20 dekabr tarixdə Binəqədi rayonunda 276 saylı orta məktəbdə 74 təhsil və tibb işçilərinin iştirakı ilə seminar müşavirə keçirilib.
Keçirilən seminarda Təhsil müəssisələrində tibb xidməti 10 noyabr 1992-ci il tarixli 371 №-li “Sanitariya-epidemioloji salamatlıq haqqında”, 5 mart 2013-cü il tarixli 591- IVQ №li “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 №-li qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrində iaşə və tibbi xidmətinin təşkili Qaydası və Normaları” haqqında qərarlarına müvafiq olaraq təhsil müəssisələrində tibb xidmətinin təşkili və bu müəssisədə xidmət edən tibb işçilərinin əsas vəzifələri , “Təhsil müəssisələrində iaşə və tibbi xidmətinin təşkili Qaydası və Normaları”, 2012-ci il 3 avqust tarixli 171 №-li qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri” 30 yanvar 2018-ci il tarixli 24 №-li “Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası” barədə maarifləndirici söhbətlər aparılıb.
Təbliğat materialları –“Malyariya”, “Böyuklər üçün fiziki aktivlik”, “Qızılça”, “Bağırsaq disbakteriozu”, “İnfeksiyaya necə yoluxurlar” bukletləri seminar iştirakçılarına təqdim olunub.
Please select an image first to render the grid properly