Budapeşt şəhərində “Su və Sağlamlıq haqqında Protokol” çərçivəsində seminar keçirilib
Ana səhifə › Xəbərlər › Budapeşt şəhərində “Su və Sağlamlıq haqqında Protokol” çərçivəsində seminar keçirilib
Budapeşt şəhərində “Su və Sağlamlıq haqqında Protokol” çərçivəsində seminar keçirilib
Dek 17, 2024 37 Views
Budapeşt şəhərində “Su və Sağlamlıq haqqında Protokol” çərçivəsində su və sanitariyaya bərabər çıxışın təmin edilməsi üzrə Regional seminar, həmçinin Hədəflərin müəyyən edilməsi və hesabatların verilməsi üzrə İşçi Qrupun 14-cü iclası keçirilib.
UNECE və ÜST-in dəstəyi ilə Su və Sanitariyaya Bərabər Çıxış üzrə Regional seminarda “Qiymətləndirmə vərəqəsi 2.0”-nın yenilənməsi və uyğunluq kimi regl zamanı yeni aspektlərlə bağlı tələblər müzakirə obyekti olub. Qlobal və regional proseslərə uyğunluğu təmin etmək məqsədi ilə gigiyena təcrübələri, su və sanitariya xidməti təminatçılarının fövqəladə hallara reaksiyası müzakirə edilib.
Seminarın əsas hədəf auditoriyası su təchizatı və sanitariya xidmətlərinin göstərilməsi üçün siyasətin hazırlanmasında iştirak edən hökumət nümayəndələri, həmçinin Protokol üzrə milli əlaqələndiricilər, su təchizatı, sanitariya, gigiyena və sağlamlıq vəziyyəti, habelə müvafiq vətəndaş cəmiyyət təşkilatları, beynəlxalq və donor təşkilatlar və bu problemlərin həllində maraqlı tərəflər iştirak ediblər.
İşçi Qrupun iclasının əsas məqsədi Protokolun 6-cı maddəsinə uyğun olaraq, su, sanitariya, gigiyena və sağlamlıq üçün ədalətli çıxışla bağlı hədəflərə xüsusi diqqət yetirilmək, Tərəflərin və digər dövlətlərin hədəflərinə xüsusi diqqət yetirmək, Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində müəyyən edilmiş su, sanitariya və gigiyena hədəflərinə nail olmaq istiqamətində irəliləyişləri nəzərdən keçirməkdir.
Qeyd olunmalıdır ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Kommunal-gigiyena bölməsinin həkim-gigiyenisti Sevda Talıbova İclasın 1-ci sessiya çərçivəsində Suya Bərabər çıxışla bağlı ölkədə görülən işlər barədə məlumat verib.
İclasın 2-ci sessiyasında isə bölmənin məsləhətçisi Leylaxanım Tağızadə yenidən işlənilmiş “Qiymətləndirmə vərəqəsi 2.0”-nın dəyişikliklərinin ölkəmizin nöqteyi-nəzərindən vacib olduğu barədə məlumat verib.