Cenevrə şəhərində İşçi qrupunun XV görüşü keçirilib
Ana səhifə › Xəbərlər › Cenevrə şəhərində İşçi qrupunun XV görüşü keçirilib
Cenevrə şəhərində İşçi qrupunun XV görüşü keçirilib
May 20, 2025 110 Views
2025-ci ilin mayın 13–14-də Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında” Konvensiyanın “Su və Sağlamlıq haqqında” Protokol üzrə ekspertlərin görüşü keçirilib.
Müşavirədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri iştirak ediblər.
İşçi Qrupun XV iclasında ölkələrin məqsədli göstəricilərin icrası ilə bağlı prioritet məsələləri müzakirə olunub.
Azərbaycan ekspertləri tərəfindən “Su təchizatı təhlükəsizliyi” planının hazırlanmasının vacibliyi və bu məsələnin Protokol Katibliyinin 2026–2028-ci illər üçün fəaliyyət planına daxil edilməsinin zəruriliyi təklifi verilib.
Bundan əlavə, Azərbaycan nümayəndə heyəti əhalinin dayanıqlı içməli su təchizatı ilə təmin olunması sahəsindəki təcrübəsini bölüşüb.
Belə ki, Səhiyyə Nazirliyi Respublika GEM-nin mütəxəssisləri səyyar laboratoriyalardan istifadə etməklə respublikanın regionlarında kiçikmiqyaslı su təchizatı sistemləri üzərində dövlət sanitariya nəzarəti ilə əlaqədar keçirilən monitorinqlər və cavabdeh su təchizatı təminatı qurumlarında sağlamlaşdırıcı tədbirlərin icrası barədə məlumat verilib.
Xüsusilə, müşavirə zamanı Azərbaycanın İsveçrə Konfederasiyasında səfirliyinin nümayəndəsi 2024-cü ilin noyabr ayında keçirilmiş COP-29 tədbirinin nəticələri və Bakı İqlim Şəffaflığı üzrə Qlobal Platformasının yaradılması barədə qeyd edib.