COP29 tədbirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak ediblər
Ana səhifə › Xəbərlər › COP29 tədbirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak ediblər
COP29 tədbirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri iştirak ediblər
Noy 21, 2024 14 Views
19 noyabr tarixində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dəyişən iqlim şəraitində dayanıqlığın artırılması: Sağlam gələcəyin təmin edilməsi üçün Azərbaycanın “Vahid Sağlamlıq” yanaşması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Səhiyyə naziri Teymur Musayev, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov iştirak edib. Həmçinin dəyirmi masaya bir sıra digər aidiyyəti qurumların, o cümlədən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri də qatılıb.
Tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə baş tutub.
Panel sessiyada Azərbaycan Respublikasında 2025-2030-cu illər üçün “Vahid sağlamlıq prinsiplərinə əsasən zoonoz xəstəliklərin qarşısının alınması və onlara nəzarətin gücləndirilməsinə dair Milli Strategiya” beynəlxalq ictimaiyyətə təqdim olunub.
Bu tədbirin təşkili Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə yalnız ətraf mühit deyil, həm də insan sağlamlığını prioritet hesab etdiyinin göstəricisidir. Bu cür təşəbbüslər, ölkənin qlobal dayanıqlılıq və davamlı inkişaf hədəflərinə töhfə verdiyinin bir nümunəsidir.