Ana səhifə › Xəbərlər › “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi
“COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi
Yan 13, 2023 438 Views
Soyuq zəncir sistemində temperatura daimi nəzarət məqsədilə Avropa İttifaqının maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində Gigiyena və Epidemiologiya Mərkəzlərinə, eləcə də peyvənd məntəqələrinə verilmiş bütün soyuducular 30-günlük temperatur cihazları ilə təchiz olunub. Bu təchizat soyuq zəncir sisteminin gücləndirilməsinə xidmət göstərəcəkdir.
Qeyd edək ki, peyvənd soyuducularının və Fridge-tag-ların quraşdırılması, istifadəsi və texniki qulluğuna dair materiallar saytın “Epidemioloji fəaliyyət” – İmmunoprofilaktika bölməsində ətraflı məlumat verilir.