COVID-19 infeksiyasının erkən xəbardarlıq məqsədilə görülən tədbirlər
Ana səhifə › Xəbərlər › COVID-19 infeksiyasının erkən xəbardarlıq məqsədilə görülən tədbirlər
COVID-19 infeksiyasının erkən xəbardarlıq məqsədilə görülən tədbirlər
Sen 27, 2022 406 Views
Avropa İttifaqı Komissiyasının “Ətraf mühit-Su resursları informasiya bazası” çərçivəsində həmçinin, Şərq tərəfdaşlığı ölkələrinə gələcək dəstək resursları Avropa Yaşıl Müqaviləsinə uyğun olaraq, post-COVID dövründə hədəflənən sosial-iqtisadi davamlılığı, insanların sağlamlığı və rifahının yaxşılaşdırılması, ətraf mühitin, iqlimin uzun müddətli qorunmasına töhfə verərək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına geniş imkanlar yaradır.
Proqram fəaliyyətlərindən biri olan SARS-CoV-2 virusunun çirkab sularda monitorinqi ilə əlaqədar 22.09.2022-ci il tarixində Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin toksikoloji və virusoloji laboratoriyalarında, “AZƏRSU” ASC-nin Hövsan Çirkab Su Təmizləyici qurğularından götürülən çirkab su nümunələrinin Avropa İttifaqı Komissiyasının mütəxəssisləri ilə birgə Bakıda pilot təlim proqramı üzrə müayinələr aparıldı.
Təlim proqramı üzrə müayinələrdə Respublika GEM-nin və “AZƏRSU” ASC-nin mərkəzi laboratoriyaların mütəxəssisləri iştira ediblər.
Çirkab su nümunələrinin laboratoriyalarda müayinə nəticələri Avstriyanın paytaxtı Vyana şəhərində layihənin mütəxəssisləri tərəfindən təhlil edildikdən sonra ölkəmizdə COVID-19 infeksiyasının erkən xəbardarlığı məqsədi ilə bu müayinələr aparılması nəzərdə tutulub.