“Sağlamlığa Doğru Qaç!” yarışının növbəti mərhələsi keçirilib
Ana səhifə › Xəbərlər › “Sağlamlığa Doğru Qaç!” yarışının növbəti mərhələsi keçirilib
“Sağlamlığa Doğru Qaç!” yarışının növbəti mərhələsi keçirilib
İyn 2, 2025 61 Views
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə səhiyyə işçiləri arasında genişmiqyaslı qaçış yarışı – “Sağlamlığa Doğru Qaç!” layihəsinin növbəti mərhələsi 1iyun 2025-ci il tarixində paytaxt Bakı şəhərində keçirilib.
Layihə 17 iyun – Tibb İşçilərinin Peşə Bayramı gününə həsr edilib.
Yarışın əsas məqsədi tibb işçiləri arasında sağlam həyat tərzini təbliğ etmək, fiziki aktivliyini artırmaq, asudə vaxtlarını səmərəli keçirmək, həmkarlar arasında birliyi gücləndirmək, həmrəylik ruhunu möhkəmləndirməkdir.
Bu mərhələ yarışında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri də iştirak edib.
Yarışın sonunda iştirakçılar arasında I, II, III yerləri tutan qaliblərə xüsusi mükafatlar təqdim olunub. Qaliblər Xankəndi şəhərində keçiriləcək möhtəşəm final mərhələsinə vəsiqə qazaniblar.