Gəncə və Lənkəran şəhərlərində immunlaşdırma
həftəsinə start verilib

Azərbaycan Respublikası Səhiyyə Naziri Teymur Musayevin 14 aprel 2025-ci il tarixli 3-28/3-1-114/2025 nömrəli “İmmunlaşdırma həftəsinin keçirilməsi barədə” əmrinə və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən 2025-ci ilin 28 aprel tarixindən başlayaraq respublikanın bütün şəhər və rayonlarında immunlaşdırma tədbirləri yüksək səviyyədə həyata keçirilir.

Gigiyena və Epidemiologiya Mərkəzlərinin mütəxəssisləri tərəfindən tibb müəssisələrində təşkil olunmuş immunlaşdırma tədbirlərinə nəzarət olunur.

Müxtəlif səbəblərdən peyvəndlərdən kənarda qalan uşaqlar vaksinasiyaya cəlb olunması üçün maarifləndirmə işləri aparılır.

Belə  ki, Gəncə şəhərinin 9 və Lənkəran şəhərinin 70 tibb müəssisələrində immunlaşdırma tədbirləri təşkil olunub, immunlaşdırmadan kənar qalan uşaqlar peyvəndə cəlb olunub.