Hepatit A virusu haqqında nəyi bilməliyik?

  • Hepatit A qaraciyərin yüngül və ya ağır gedişli iltihabi xəstəliyidir.
    · Hepatit A virusunun yayılması çirklənmiş qida və suyun istifadəsi və ya
    yoluxmuş şəxslə birbaşa təmas zamanı baş verir.
    · Hepatit A virusu olan xəstələrin demək olar ki, hamısı tam sağalır və onlarda
    ömürlük immunitet yaranır. Lakin çox nadir hallarda hepatit A virusu ilə yoluxma
    ölümlə nəticələnən fulminant hepatitə (kəskin qaraciyər çatışmazlığı ilə) səbəb
    ola bilər.
    · Hepatit A virusuna yoluxma riski təhlükəsiz su təminatının, sanitariya – gigiyena
    şəraitinin qənaətbəxş olmadığı yerlərdə və gigiyena qaydalarına riayət
    edilmədikdə (məsələn, əllərin çirklənməsi və infeksiyaya bulaşması) baş verir.
    Hepatit A – hepatit A virusunun yaratdığı iltihabi qaraciyər xəstəliyidir. Virus sağlam şəxsə yoluxmuş şəxsin nəcisi ilə çirklənmiş qida və ya su istehlak etdikdə yayılır. Hepatit B və C-dən fərqli olaraq, hepatit A xroniki qaraciyər xəstəliyinə səbəb olmur, lakin ağır simptomlarla müşayiət oluna bilər və bəzən fulminant formada baş verir və çox vaxt ölümlə nəticələnir. ÜST-nın məlumatına əsasən, 2016-cı ildə A virus hepatitis dünya üzrə 7134 nəfərin ölümünə səbəb olmuşdur (virus hepatiti xəstəliyindən ölüm hallarının 0,5%-ni təşkil edir).
    Hepatit A virusu ətraf mühitdə uzun müddət yaşayır və qida məhsullarında emal
    prosesindən sonra da həyat qabiliyyətini saxlayır.
    İnfeksiyanın ötürülmə yolu Hepatit A virusunun əsas ötürülmə mexanizmi fekal-oral yolladır, bu zaman yoluxma xəstə şəxsin nəcisi ilə çirklənmiş qida və ya suyun sağlam şəxsin istifadə etməsi nəticəsində baş verir. Məişət səviyyəsində yoluxma əl gigiyenasına düzgün əməl etmədikdə baş verə bilər. Alovlanmalar adətən çirkab suları ilə çirklənmiş və ya kifayət qədər təmizlənməmiş suyun istifadəsi ilə əlaqələndirilir.

Virus yoluxmuş şəxslə sıx fiziki təmas vasitəsilə də ötürülə bilər, əsasən adi məişət
təması virusu ötürmür. Simptomları Hepatit A virusunun inkubasiya dövrü adətən 14-28 gündür. Xəstəliyin simptomları yüngül formadan ağır formaya qədər dəyişərək hərarət, halsızlıq, iştahsızlıq, ishal, ürəkbulanma, qarın nahiyəsində ağrı, sidiyin rənginin tündləşməsi və sarılıq (gözlərin və dərinin saralması) əlamətləri ilə yarana bilər. Sadalanan simptomların hamısı yoluxmuş insanlarda tam olaraq müşahidə olunmaya bilər.
Xəstəliyin kliniki simptomları uşaqlara nisbətən böyüklərdə daha tez-tez müşahidə
olunur. Xəstəliyin ağır formalarının yayılması və ölüm halları böyük yaşlı yaş qrupları arasında daha yüksəkdir. 6 yaşdan kiçik uşaqlarda infeksiya adətən yüngül simptomlara səbəb olur və sarılıq yalnız 10% hallarda inkişaf edir. Bəzi xəstələrdə hepatit A residiv verir və yeni sağalmış şəxs kəskin formada yenidən xəstələnir. Bundan sonra xəstəlik ümumiyyətlə tam sağalma ilə başa çatır.
Risk qrupuna kimlər daxildir?
Peyvənd olunmayan və ya xəstəliyə yoluxmayan şəxslər hepatit A virusuna yoluxa bilər.
Risk faktorlarına aşağıdakılar daxildir:
• qeyri-qənaətbəxş sanitariya şəraiti;
• təhlükəsiz su təminatının olmaması;
• ailə üzvləri arasında yoluxmuş şəxsin olması;

  • kəskin hepatit A virusundan əziyyət çəkən şəxslə yaxın təmas;
    • əvvəlcədən immunizasiya olmadan endemik ərazilərə səyahət və s.

Profilaktika Hepatit A ilə mübarizədə ən əsas vasitələr – sanitariya şəraitinin yaxşılaşdırılması, qida təhlükəsizliyinin artırılmasıdır.
Hepatit A virusunun yayılmasının qarşısını almaq məqsədi ilə aşağıdakı tədbirləri
görmək məqsədəuyğundur:
• təhlükəsiz içməli su ilə təchizatın təmin edilməsi;
• ərazilərdə tullantı sularının lazımi şəkildə utilizasiyasının təşkili;
• yeməkdən əvvəl və tualetdən istifadə etdikdən sonra müntəzəm olaraq əllərin yuyulması kimi şəxsi gigiyena qaydalarına riayət etmək.

 

Please select an image first to render the grid properly