Heydər Əliyevin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər davam etdirilir

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq keçirilən tədbirlər sırasında Ağsu, Göyçay, Qəbələ, Balakən, Qobustan, İsmayıllı, Laçın, Masallı, Oğuz, Zərdab, İmişli və Füzuli rayon GEM-lərində təşkil olunan dəyirmi masa ətrafında müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndərin zəngin həyat yolu və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində siyasi fəaliyyəti haqqında söhbətlər aparılıb.

Rayon GEM-lərinin əməkdaşları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini anıb, hörmət və ehtiramlarını bildiriblər. 

Rayonlarda fəaliyyət göstərən H.Əliyev Mərkəzlərində görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini əks etdirən tarixi fotolar barədə məlumatlar kollektivin diqqətinə çatdırılıb.

Tədbirlər çərçivəsində həmçinin ağacəkmə aksiyaları keçirilib, abadlıq işləri aparılmaqla müxtəlif növ ağaclar əkilib.

Tədbirlərin keçirilməsində məqsəd Ulu öndər H.Əliyevin əziz xatirəsini yad etməklə yanaşı, dahi şəxsiyyətin vətəninə, xalqına məhəbbətini və qayğısını nümayiş etdirmək və gələcək nəsillərə ötürməkdir.