İİB üzv ölkələrində tullantı suları və ətraf mühitə nəzarət üzrə regional potensialın gücləndirilməsinə həsr olunmuş təlim keçirilib
Ana səhifə › Xəbərlər › İİB üzv ölkələrində tullantı suları və ətraf mühitə nəzarət üzrə regional potensialın gücləndirilməsinə həsr olunmuş təlim keçirilib
İİB üzv ölkələrində tullantı suları və ətraf mühitə nəzarət üzrə regional potensialın gücləndirilməsinə həsr olunmuş təlim keçirilib
Noy 20, 2025 35 Views
18–19 noyabr 2025-ci il tarixlərində İstanbul şəhərində İslam İnkişaf Bankının (İİB) üzv ölkələrinin dövlət səhiyyə sistemlərində tullantı suları və ətraf mühitə nəzarət (WES) üzrə regional potensialın gücləndirilməsinə həsr olunmuş təlim keçirilib.
Təlimdə Azərbaycan, Özbəkistan, Türkiyə, İndoneziya, Malayziya, Misir, Tunis, Pakistan, Suriya və İİB digər üzv ölkələrin nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyi Respublika GEM-in və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri təmsil edib.
Tədbirin əsas məqsədi İİB-yə üzv ölkələrdə çirkab suları və ətraf mühitə nəzarət sahəsində potensialın gücləndirilməsi istiqamətində fəaliyyətlərin dəstəklənməsi olub.
Konfrans zamanı plenar çıxışlar edilmiş, panel müzakirələr aparılmış, praktik təcrübə və iştirakçılar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi həyata keçirilib.
Nəzarətsiz axıdılan çirkab suların epidemioloji risklər yaratması, suyun zərərsizləşdirilmədən ətraf mühitə qaytarılmasının mümkün olmaması, həmçinin bu proseslərin həyata keçirilməsi üçün maliyyə mənbələrinin müəyyən edilməsinin vacibliyi xüsusi vurğulanıb. Şirin su ehtiyatlarına qənaət və onların mühafizəsi tədbirin prioritet mövzularından biri kimi qeyd edilib.
İştirakçı ölkələrin nümayəndələri çirkab suların idarə olunması, ekoloji təhlükəsizlik və dayanıqlı su resurslarının qorunması ilə bağlı mövqelərini bölüşüblər.