İmmunizasiya xidmətlərinin təkmilləşdirilməsi məqsədilə Balakən və Zaqatala rayonlarında monitorinqlər aparılır
Ana səhifə › Xəbərlər › İmmunizasiya xidmətlərinin təkmilləşdirilməsi məqsədilə Balakən və Zaqatala rayonlarında monitorinqlər aparılır
İmmunizasiya xidmətlərinin təkmilləşdirilməsi məqsədilə Balakən və Zaqatala rayonlarında monitorinqlər aparılır
Okt 23, 2025 13 Views
Bakı șəhəri və Bərdə rayonunda keçirilən immunizasiya təlimlərinin davamı olaraq vaksinasiyaya dəstək layihəsi çərçivəsində 20-25 oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və ÜST- nin Ölkə Ofisinin birgə təşəbbüsü ilə Balakən və Zaqatala rayonlarında monitorinqlər keçirilir.
Monitorinqlərin məqsədi uşaqların İmmunizasiyası üzrə yenilənmiş təlimatı gündəlik praktikaya tam inteqrasiya etmək və immunizasiya xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaqdır.
Həmçinin peyvənd olunan uşaqların sayının artmasına və bütün ölkə səviyyəsində əhalinin sağlamlığının möhkəmləndirilməsinə nail olmaqdır.