“İmmunlaşdırma həftəsi” çərçivəsində silsilə tədbirlər davam edir

              Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə  ölkə üzrə qeyd olunan Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində Bakı şəhəri Qaradağ rayonu, Şirvan şəhəri və İmişli, Şəmkir rayonlarında əhali arasında peyvəndləmə ilə bağlı maarifləndirici və praktik tədbirlər həyata keçirilib.

               Tibb müəssisələrində uşaqlara və böyüklərə qarşı peyvəndləmə işləri gücləndirilib, əhali arasında vaksinasiyanın əhəmiyyəti barədə məlumatlandırma aparılıb.

               Tədbirlər  zamanı valideynlərə peyvənd cədvəlləri izah olunub, immunlaşdırmanın bir  fərdi deyil, cəmiyyəti qoruyan ən effektiv profilaktik tədbirin  vacib olduğu çatdırılıb.