Səhiyyə Nazirliyinin 14 aprel 2025-ci il tarixli 3-28/3-1-114/2025 nömrəli “İmmunlaşdırma həftəsinin keçirilməsi barədə” əmrinə və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən İmmunlaşdırma həftəsi ilə bağlı tədbirlərin təşkili məqsədilə Nəsimi rayonu üzrə fəaliyyət göstərən 3 poliklinikada və Samux rayonu 31 tibb məntəqələrində immunlaşdırma tədbirləri həyata keçirilib.
Tədbirlər çərçivəsində Nəsimi GEM-nin mütəxəssisləri tərəfindən 24 apreldə 1 saylı, 25 apreldə 12 saylı, 28 apreldə 3 saylı uşaq poliklinikalarında təşkil olunmuş immunlaşdırma tədbirlərinə nəzarət olunub, peyvənddən kənarda qalan uşaqlar peyvənd olunub.
Tibb müəssisələrində gündəlik işə nəzarətin təşkili məqsədilə nümayəndələr ayrılıb.
Samux rayonunun 31 tibb məntəqəsində fəaliyyət göstərən peyvənd məntəqələrində işçilərə treninqlər keçirilib, təkrar olaraq peyvənd barədə metodiki tövsiyyələr verilib, maarifləndirici təblığat vasitələri paylanılıb.
29.04.2025-ci il tarixində “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-in şöbə müdiri Aytəkin Qurbanova “Sağlam radio” 93 FM-in qonağı olub. Yayım zamanı o peyvəndin əhəmiyyəti barədə əhalini məlumatlandırıb, immunizasiyadan kənarda qalan uşaqların hansı yoluxucu xəstəliklər və ağırlaşmalarla rastlaşa biləcəyi barədə geniş söhbət edib.
Eyni zamanda dinləyiciləri maraqlandıran sualları cavablandırıb, hər hansı bir səbəbdən vaxtında peyvənd olunmayan uşaqların valideynlərini və tibb işçilərini bu həftə ərzində immunizasiyaya cəlb edilməsinə çağırış edib.