Kəskin süst iflic hadisələrinin aşkarlanması ilə bağlı növbəti təlim keçirilib
Ana səhifə › Xəbərlər › Kəskin süst iflic hadisələrinin aşkarlanması ilə bağlı növbəti təlim keçirilib
Kəskin süst iflic hadisələrinin aşkarlanması ilə bağlı növbəti təlim keçirilib
Avq 26, 2025 287 Views
Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” PHŞ-nin mütəxəsssiləri tərəfindən Kəskin süst iflic (KSİ) hadisələrinin aşkarlanması ilə bağlı növbəti təlim Qəbələ rayonunda keçirilib.
Təlim zamanı Rayon Mərkəzi Xəstəxanasında və Nic qəsəbə Ailə Sağlamlıq Mərkəzində monitorinqlər aparılıb və nəticələri müzakirə olunub.
Tibb müəssisələrinin əməkdaşlarına KSİ hadisələrinin aşkarlanması, klinik əlamətləri, laborator müayinələrin aparılması və epidemioloji araşdırmaların nəticələrinin qiymətləndirilməsi ilə bağlı zəruri məlumatlar verilib.
Bu tədbirlərlə KSI üzərində nəzarətin daha da gücləndirilməsi hədəflənib. Təlimdən əvvəl və sonra keçirilən sınaqların (pre-post test) nəticələri də müzakirə edilib. Bundan əlavə, Azərbaycanın poliomielitdən azad ərazi statusunun qorunması ilə bağlı qarşıda duran məsələlər ətrafında geniş söhbətlər aparılıb.