“Kəskin süst iflic” haqqında növbəti monitorinq Naxçıvan MR-da keçirilib

Səhiyyə Nazirliyinin “Kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin  davam  edilməsi barədə” 54 nömrəli  əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”na  əsasən ölkədə  poliomielitin profilaktikası  və kəskin süst ifliclərin aşkar olunmasına dair  təlim və  monitorinqlərin keçirilməsi  davam etdirilib.

 

 Növbəti monitorinq  Naxçıvan MR-da 02-04  dekabr 2024-cü il tarixlərdə  Azərbaycan Respublikası  Səhiyyə Nazirliyinin, Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin nümayəndələri və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin  mütəxəssislərinin iştirakı ilə aparılıb.

 

Muxtar Respublikanın  Naxçıvan şəhərində  kəskin süst ifliclər üzərində   epidemioloji nəzarət, poliomielit əleyhinə immunlaşdırma tədbirlərinin gücləndirilməsinə dair təlim və  tibb müəssisələrində monitorinqlər keçirilib.