Kəskin sust ifliclə bağlı növbəti monitorinq Füzuli və Biləsuvar rayonlarında keçirilib
Ana səhifə › Xəbərlər › Kəskin sust ifliclə bağlı növbəti monitorinq Füzuli və Biləsuvar rayonlarında keçirilib
Kəskin sust ifliclə bağlı növbəti monitorinq Füzuli və Biləsuvar rayonlarında keçirilib
Dek 24, 2024 28 Views
Səhiyyə Nazirliyinin “Kəskin süst ifliclər üzərində epidemioloji nəzarətin davam edilməsi barədə” 54 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”na əsasən ölkədə poliomielitin profilaktikası və kəskin süst ifliclərin aşkar olunmasına dair təlim və monitorinqlərin keçirilməsi davam etdirilib.
Təlim və monitorinqlər Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən 17-20 dekabr 2024-cü il tarixlərində Füzuli ve Biləsuvar rayonlarında keçirilib.
Təlim zamanı tibb işçilərinə uşaqların poliomielitə qarşı peyvəndlə əhatə olunmasının yüksək səviyyədə saxlanılması, uşaqlar arasında kəskin süst iflic hadisələrinin aşkar olunmasına diqqətin artırılmasına dair ətraflı məlumat verilib, müzakirələr aparılıb, tibb müəssisələrində monitorinqlər keçirilib.