Kəskin Süst İfliclər üzərində nəzarətin tətbiq olunmasına dair təlimlər davam etdirilir
Ana səhifə › Xəbərlər › Kəskin Süst İfliclər üzərində nəzarətin tətbiq olunmasına dair təlimlər davam etdirilir
Kəskin Süst İfliclər üzərində nəzarətin tətbiq olunmasına dair təlimlər davam etdirilir
Sen 19, 2025 157 Views
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri tərəfindən Qax və Oğuz rayonlarında 16–19 sentyabr tarixlərində Kəskin Süst İfliclərə (KSİ) nəzarətin tətbiq olunmasına dair təlimlər keçirilib.
Təlim çərçivəsində hər iki rayonun Qax və Oğuz Gigiyena və Epidemiologiya Mərkəzlərində, Rayon Mərkəzi Xəstəxanalarında, Ailə Sağlamlıq Mərkəzləri və həkim tibb məntəqələrində monitorinqlər aparılaraq, poliomielitə qarşı peyvəndlə əhatənin təhlili aparılıb, əməkdaşlarla birlikdə müzakirə olunub.
Tədbir zamanı iştirakçılara KSİ hallarının vaxtında aşkarlanması, xəstəliyin klinik əlamətləri, laborator diaqnostika və aparılan epidemioloji araşdırmaların qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verilib.
Təlimin əsas məqsədi KSİ üzərində epidemioloji nəzarətin gücləndirilməsi, mövcud sistemin effektivliyinin artırılması və səhiyyə işçilərinin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Eyni zamanda, tədbir çərçivəsində Azərbaycanın poliomielitdən azad ərazi statusunun qorunması istiqamətində görüləcək tədbirlər və qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb.